Bakı-Sumqayıt yolunda sürüşmə baş verib.
APA-nın məlumatına görə, sürüşmə Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.
Nəticədə yolun kənarındakı divar əyilib, Avtovağzalın həyətində iri çatlar əmələ gəlib.
Milli Geoloji Kəşfiyyat Xidməti faktı təsdiqləyib.
Sürüşmə nəticəsində Sumqayıt-Bakı yolunun vağzala yaxın hissəsində böyük çatlar əmələ gəlib və yolun ortasında çökmə baş verib.
Müvafiq qurumlar hazırda ərazidə iş aparır.