Rusiya zərbələri Dəməşqlə koordinasiya edir

Su-24

Rusiya təyyarələrinin ötən gecə Suriyada endirdiyi hava zərbələri Suriyanın hökumət qüvvələri ilə koordinasiya edilib.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzinin oktyabrın 7-də yaydığı məlumatına görə, Rusiya təyyarələri Suriyanın 2 əyalətinə intensiv zərbələr endiriblər.

Məlumata görə, Hama əyalətində 4, İdlib əyalətində isə 3 obyektə zərbələr endirilib və hökumət qüvvələri bunun ardınca üsyançıların mövqelərinə hücuma keçib.

Suriya üsyançıları, Türkiyə və bir sıra Qərb ölkələri Rusiyanı İslam Dövləti qrupu ilə yanaşı mötədil üsyançılar da daxil olmaqla bütün müxalifət qüvvələrinin mövqelərini bombalamaqda ittiham edirlər.