Bu yaxınlarda Azərbaycanda saxlanılan nurçuların məhkəməsi başa çatıb.
APA-nın məlumatına görə, Yasamal rayon məhkəməsi Eldəniz Hacıyev, İsmayıl Məmmədov, Zəkəriyyə Məmmədov vəŞahin Həsənovu 5 il, Rəvan Fərzəliyevi isə 2 il ə azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxslərin vəkilləriprosesdə iştirak etməyib.
Prokuror onlar 2 ildən 6 ilədək həbs cəzası istəmişdi.
Qeyd edək ki, hüquq-mühavizə orqanlarının əməkdaşları 2014-cü ilin aprelində Yasamal rayonunun Xıdır Mustafayev küçəsindəki mənzillərdən birində reyd keçirərkən “nurçu” təriqətinin üzvü olmaqda şübhəli bilinən 41 nəfəri saxlamışdı.
Mənzildən həmçinin qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar aşkar edilmişdi.
Saxlananların qalan hissəsi həmin vaxtizahat alındıqdan sonra sərbəst buraxılmışdı.