Mərkəzi Seçki Komissiyası oktyabrın 11-də 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən öz namizədliyini verən əməkdar artist Elza Qasımovanın (Seyidcahan) namizədliyinin qeydə alınmaması barədə şikayətinə baxıb.
APA-nın məlumatına görə, MSK üzvü Ramiz İbrahimov deyib ki, DSK qərarı 43 imzanın etibarsız sayılması, imza verən 180 seçicinin isə imzasının imtina etməsinə əsaslanıb.
MSK İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, 78 nəfərin imzalarından imtina etməsi əsaslı, 102 nəfərin imzasından imtina ərizələri isə əsassızdır. Ona görə də İşçi Qrup hesab edib ki, etibarlı sayılan imzalar E. Seyidcahanın namizəd kimi qeydə alınması üçün yetərlidir.
MSK beləliklə E. Seyidcahanın namizədliyinin 54 saylı Şabran Siyəzən DSK tərəfindən qeydə alınmaması barədə şikayəti əsaslı sayıb, DSK-nın qərarını ləğv edib, E. Seyidcahanın namizədliyi qeydə alınıb.