ATƏT-in müşahidəçiləri oktyabrın 11-də Belarusda keçirilən prezident seçkisini tənqid ediblər.
Müşahidəçilər missiyasının rəhbəri Kent Hasted oktyabrın 12-də seçkilərin demokratik standartlara cavab vermədiyini bəyan edib.
O qeyd edib ki, bu il seçki kampaniyası zamanı bir sıra müsbət ənənələrə baxmayaraq, Belarus hakimiyyəti təbliğat üçün bərabər şərait yaratmayıb.
O xüsusilə səslərin hesablanması zamanı yol verilən pozuntulardan xüsusi peşmançılıq bildirib.
Qeyd edək ki, oktyabrın 11-də keçirilən seçkidə yenidən indiki prezident Aleksandr Lukashenka qalib gəlib.
MSK-nın məlumatına görə, o 83 faizdən çox səs toplayıb.