Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbusların müdafiəsi ilə bağlı xüsusi sayt yaradır.
Qurumun yaydığı məlumatda ictimai fəalların şərlənərək həbsə atılması və ədalətsiz hökmlərlə ağır cəzaya məruz qaldıqları bildirilir.
Qurum buna misal kimi, Leyla və Arif Yunus, İntiqam Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Elvin Abdullayev, Asif Yusifli, Taleh Xasməmmədov və digər siyasi məhbusların adlarını çəkir.
Qurum siyasi məhbusların yerli və beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi müdafiə olunması məqsədi ilə siyasi məhbuslarla bağlı sayt yaradılmasına başlayıb.
Turanın məlumatına görə, sayt Azərbaycan və ingilis dillərində olacaq.
Saytın məqsədi siyasi məhbusları beynəlxalq ictimaiyyətə tanıtmaq, onları müdafiə etməkdir.
Alyans siyasi məhbuslarla bağlı növbəti hesabat da hazırladığınıbildirib.
Sənəddə əvvəlki kimi həbsxanalardakı vəziyyət, dustaqların saxlanma şəraiti, həbsxanalarda korrupsiya faktları, siyasi məhbuslara işgəncə verən məmurlar və onlar barəsində ədalətsiz məhkəmə hökmləri çıxaran hakimlərin qara siyahısı vədigər məsələlər yer alacaq.