-
Meydan TV-nin redaktoru, yazar Günel Mövludun qardaşları - Vəkil İmanov barəsində 4 ay, Raci İmanov barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Müsavat başqanının müavini Elman Fəttah məlumat yayıb. Bildirib ki, qərarı Biləsuvar rayon Məhkəməsi çıxarıb. Oktyabrın 16-da vəkil Nemət Kərimlinin məhkəmə qərarından apellyasiya şikayəti verəcəyi gözlənilir.
İmanovlar oktyabrın 13-də saxlanıblar, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilirlər.
Günel Mövlud qardaşlarının saxlanılmasını özünün fəaliyyəti ilə əlaqələndirir.