Qanunsuz tikintilərlə bağlı reydlərə başlandı

Foto illüstrasiya.

-

Səbail rayon İcra Hakimiyyəti rayon ərazisində qeyri-qanuni torpaq zəbti və tikintilərlə bağlı reydlərə başlayıb.

Bu barədə icra hakimiyyətinə istinadən APA məlumat yayıb.

Badamdar qəsəbəsinin yeni yaşayış massivləri və ona bitişik olan «Dostluq parkı» ərazisində 40-dan çox qeyri-qanuni fərdi yaşayış evinin tikintisi faktı aşkarlanıb. Tikinti işləri dayandırılıb, hasarlar sökülərək ərazi təmizlənib.

RİH-dən bildirilib ki, qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda hüqüq-mühafizə orqanlarına göndəriləcək.