-
Bu ilin 9 ayı ərzində xarici ticarət əməliyyatları ABŞ dolları hesabı ilə keçən ilin müvafiq dövrünə nisbətən 35.72% azalıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İdxal əməliyyatları 0.87% artmış, ixrac əməliyyatları isə 49.97% azalıb.
İxracda əsas mallarda azalmalar belə olub:
Xam neft – 54.01%
Neft məhsulları – 44.24%
Təbii qaz – 23.18%
Meyvə-tərəvəz – 3.46%
Çay – 44.3%
Bitki və heyvan mənşəli piylər və yağlar – 22.34%
Şəkər – 2,18%
Spirtli və spirtsiz içkilər – 22.85%
Plastmas və onlardan hazırlanan məmulatlar – 28.27%
Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 41.44%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 25.33%.
İxracda əsas mallardan kimya sənayesi məhsulları 37.86%, alüminium və ondan hazırlanan məmulatlar 24% artıb.
İdxalda isə artım belə olub:
Meyvə-tərəvəz – 138.87%
Buğda – 30.33%
Əczaçılıq məhsulları – 10.29%
Oduncaq və ondan hazırlanan məmulatlar – 80.35%
Qara metallar və onlardan hazırlanan məmulatlar – 65.92%
Nəqliyyat vasitələri və onların hissələri – 83.70%
Mebel və onun hissələri – 8.35%.