Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündə prezident İlham Əliyevin noyabrın 6-da Gürcüstana nəzərdə tutulan səfəri müzakirə edilib.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 19-da Bakıda gürcüstanlı həmkarı Georgi Kvirikashvili ilə ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, İlham Əliyevin Tbilisiyə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri də sərhədlərin delimitasiyasıdır.
Elmar Məmmədyarov qeyd edib ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya öz işini davam etdirir, ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir.
Nazir bildirib ki, strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır.
Görüşdə həmçinin tərəflər arasındakı strateji əməkdaşlıq münasibətləri, İqtisadi və enerji sahəsində əlaqələr, habelə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib.
Qeyd edəkm ki, bu Giorgi Kvirikashvilinin nazir kimi Azərbaycana ilk rəsmi səfəridir.
O səfər zamanı həmçinin prezident İlham Əliyev, baş nazir Artur Rəsi-zadə və Milli Məclisin sədri Oktay Əsədovla görüşüb.