Rusiya prezidenti Vladimir Putin bu il Rusiyaya qarşı planlaşdırılan 20 terror aktının qarşısının alındığını bildirir.
O oktyabrın 20-da Kremldə keçirilən görüşdə həmçinin Federal Təhlükəsizlik Xidməti tərəfindən 560 yaraqlının həbs edildiyini, Şimali Qafqazda keçirilən reydlər və toqquşmalarzamanı 112 yaraqlının öldürüldüyünü bildirib.
Putinin çıxışından bir neçə saat sonra polis Moskva vilayətində qadağan olunmuş islamçı təşkilatın 20 üzvünün həbs olunduğunu bəyan edib.
Daxili İşlər Nazirliyi Hizbi-Təhrir təşkilatına məxsus qrupun məhv edildiyini bildirir.
Bu təşkilat Rusiya və Orta Asiyada qadağandır.