-
Oktyabrın 21-də İlham Əliyev yeni sərəncam verib.
President. az yazır ki, İlham Əliyev Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Qəzənfər oğlu Quliyevə general-leytenant ali hərbi rütbəsi verib.
Mədət Quliyevə 2005-ci ildə polis general-mayoru rütbəsi alıb.
2011-ci ildə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.
2012-ci ildə ona ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.