Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı saxlanılan şəxslərin işi üzrə ibtidai istintaqyekunlaşıb.
Təqsirləndirilənlərdən biri Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyevin APA-ya verdiyi məlumata görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
Qeyd edək ki, jurnalist Rasim Əliyev avqustun 8-də qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Amma avqustun 9-da aldığı yaralardan keçinib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda qəsdən sağlamlığa ağır zərər vurma ( zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Həsb edilən 6 nəfərdən biri “Qəbələ”nin futbolçusu Cavid Hüseynovdur.