Qazaxıstan prezidenti Nazarbayev: “Real böhran gəlir”

Qazaxstanın Milli Neft Şirkəti

-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 19-da deyəndi ki, “real böhran gəlir”, bu, qazax xalqının canına bir üşütmə saldı.

Qazaxıstanda əksəriyyət böhran vəziyyətinə hazırdır, dövlət məmurlarının iqtisadi vəziyyətlə bağlı çıxışlarını izləyirlər. Prezident deyir ki, “əsl” dəhşətlər indən sonra başlayır.

AzadlıqRadiosunun qazax xidməti Qazaxıstanda iqtisadi vəziyyətin pisləşməsi barədə mütəmati olaraq reportajlar verib.

Aylıq 100 min tengə (təxminən 400 manat) gəlirlə orta məktəb müəllimi 6 uşaq böyüdür. Onun həyat yoldaşı sürücülük edir, amma qazandıqları pul evin gündəlik ərzaq ehtiyacını güclə ödəyir. Məktəb ləvazimatı və geyim almağa pul qalmır.

Buna da bax: Azərbaycan büdcəsi neft pulu olmasa...​

İNDİ ÜÇÜNCÜ DEVALVASİYADAN DANIŞIRLAR...

İki il əvvəl 100 min tengə təxminən 650 dollar dəyərində idi. 2014-cü il devalvasiyasından sonra 180 tengə 1 dollara düşdü. O vaxt hökumət vəd verdi ki, ikinci devalvasiya olmayacaq.

Nursultan Nazarbayev

Nazarbayev 2016-cı ildə keçirilməli olan prezident seçkisini 2015-ci ilin aprelinə keçirəndə ikinci devalvasiyanın baş verəcəyi aydın göründü. Bir çoxu güman edirdi ki, Nazarbayev iqtisadi çətinliklər ölkəni vurmamış hakimiyyətdə yeni dönəmə başlamaq istəyir.

QAZAXISTAN İQTİSADİYYATI NEFT UCUZLAŞANDAN SONRA...

Qazaxıstanda iqtisadiyyat neftdən asılıdır. Neftin qiymətinin düşməsi ölkəyə zərbə vurur, amma bir tərəfdən də Qazaxıstanın ən böyük ticarət tərəfdaşı Rusiya rublunun dəyərini itirməsi də ölkə iqtisadiyyatında itkilər yaradır. Hökumət təngəyə olan təziyiqlərin qarşısını almağa çalışır.

İyulda Qazaxıstanın Mərkəzi Bankı ticarət dəhlizini genişləndirib 1 dolları 198 tengə dəyərində qiymətləndirdi, ancaq az sonra gözlənən ikinci devolvasiya başladı və 1 dollar 255 tengə oldu. Bəzi məmurlar deyirdilər ki, bu fərq qısa bir zaman üçündür və tengəni gücləndirmək nəzərdə tutulub. Amma oktyabrın 22-si 1 dollar 277 dollar oldu. Bu da Qazaxıstanda üçüncü devalvasiyanın olacağı ilə bağlı söhbətləri daha da gücləndirdi.

Buna da bax: Maaşlar azalır, xidməti avtomobillər ləğv edilir​

ƏRZAQ BAHALANIR, İŞ YERLƏRİ İXTİSAR OLUNUR...

Satıcılar deyirlər ki, 300 tengəlik günəbaxan yağı 440 tengə, düyü 240-dan 280-nə, südün qiyməti 20 tengə, şəkərinki 30 tengə qalxıb. Satıcılardan biri deyir:

"Biz südü Amerikadan almırıq, öz ölkəmizin istehsalıdır, ancaq anlamıram ki, niyə bu qədər bahalansın”.

Ölkədə işsizliyin artacağı ilə bağlı da narahatlıqlar var.

Səhiyyə və Sosial İnkişaf Nazirliyinin əmək, sosial müdafiə və miqrasiya komitəsindən AzadlıqRadiosunun qazax xidmətinə bildiriblər ki, bu ilin 9 ayı ərzində 381 biznes strukturuna 11 mindən çox adam işdən uzaqlaşdırılıb. Ötən ilin analoji dövri ilə müqayisədə bu rəqəm 3 dəfə çoxdur.

İŞLƏRİNİ İTİRƏNLƏR ÇOXALIB...

Qazaxıstan

Almaata sakini Gulbanu Orazalieva deyir ki, o, 10 ildən bəri çörək zavodunda işləyib, amma bu günlərdə heç bir ixtisar barədə xəbərdarlıq olmasan işdən azad edilib:

“Əgər bu barədə eçitsəydik, əvvəldən bir iş axtarardıq, dörd uşağım var, borcum var. Mən indi necə yaşayım?”

Orazalieva deyir ki, o, yaşına görə kafedə qabyuyan işi də tapmır.

17 ildir ki, yerli televiziya stansiyalarının birində çalışan Bektur da deyir ki, işdən azad ediləndən sonra digər televiziya stansiyalarında iş axtarıb, ancaq ona deyiblər ki, burda da ixtisarlar gözlənir və vakansiya yoxdur.

Müstəqil Sahibkarlar Assosiasiyasının rəhbəri Timur Nazhanov deyir ki, artıq ölkədə iqtisadi böhran başlayıb. O, bunda Rusiya amilini vurğulayır:

“İndi biz AvroAsiya İqtisadi Birliyindəyik. Bu, Avropadan ərzaq almağı çətinləşdirir. Rusiyanın məqsədi öz mallarını qorumaqdır.Qazaxıstan öz istehlak etdiyi malların böyük hissəsini idxal edir. Rusiya Qazaxıstana idxalda maneələr yaradıb”.