Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov 1020 məhbusu əfv edib.
Bu barədə oktyabrın 27-də dövlət mediası məlumat yayıb.
Amnistiya ölkənin müstəqilliyinin 24-cü il dönümü ilə bağlıdır.
Oktyabrın 27-i Türkmənistanda müstəqillik günü qeyd olunur.
Əfv fərmanı oktyabrın 26-da imzalanıb.
Keşmiş prerzident Saparmurat Niyazov adətən əf fərmanlarını hər il Ramazan bayramında imzalayırdı.
Berdymukhammedov isə bunu hər il dövlət bayramları ərəfəsində edir.
O bundan əvvəlki əfv fərmanını mayın 18-i, konstitusiya günü ərəfəsində imzalayıb.
Həmin fərmanla 1200 məhbus azadlığa buraxılıb.