“Bəşər Əsəd gedəcək və buna heç bir şübhə yoxdur”.
Bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al- Jubeir oktyabrın 29-da BBC-ə müsahibəsində deyib.Nazir qeyd edib ki, o ya siyasi proses yolu ilə gedəcək, yada güclə kənarlaşdırılacaq.Onun gedəcəyinə heç bir şübhə yoxdur.
O deyib ki, biz Suriyada balansın dəyişməsinə nail olmalıyıq, hansı ki, bu sonda Assadın getməsinə yol açacaq.
Oktyabrın 29-30-da Vyanada Suriya ilə bağlı sammit gözlənilir.
Sammitdə ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İran iştirak edəcək.
İran sammitə bir gün sonra qoşulacaq.
Rusiya ilə İran Suriya münaqişəsində Assadın, Səudiyyə Ərəbistanı, Türkiyə və Qərb isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.