Noyabrın 1-də Azərbaycanda keçirilən parlament saeçkilərində seçici fəallığı ilə bağlı yekun rəsmi məlumat açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 19:00-a da səsvermə başa çatıb
Respublika üzrə 2 milyon 897 mindən çox adam iştirak edib ki, bu 55,7 faiz seçici deməkdir.
Qeyd edək ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 198 min 658 nəfərdir.