“Azadlıq 2015” blokundan 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd Pənah Hüseyn həmin dairədə kütləvi pozuntuların olduğunu bildirib.
Həmin dairənin 7 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının rəhbəri bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb.
Müşahidəçilərin etirazından sonra komissiya rəhbəri bülletenləri səsvermə otağına gətirib.