"Bəzi xırda nöqsanlar nəzərə alınmamaqla, seçki çox uğurla keçib və bütün demokratik prinsiplərə əsaslanıb".
APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, biz 2010-cu ildəki seçkilərdə 71 yer qazanmışıq və güman edirəm ki, bu il də o qədər mandat ala biləcəyik.
Ə. Əhmədov bildirib ki, YAP yenə də parlamentdə ən çox yer qazanan partiya olacaq.
Seçki AzadlıqRadiosunun kameralarında