Afaq Bəşirqızı yubiley mesajı göndərdi

Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib.

-

Afaq Bəşirqızının 60 illik yubileyi çalışdığı Musiqili Teatrda qeyd olunub

Teatrın Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yubiley gecəsində Mədəniyyət və Turizm NaziriƏbülfəs Qarayev, nazirliyin rəsmi şəxsləri və aktrisanın sənət dostları, ölkənin tanınmış ziyalıları, bir sıra teatrların nümayəndələri iştirak ediblər.

Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib. Yubiley tədbiri çərçivəsində aktrisanıniştirakı ilə Əli Səmədlinin «Toya bir gün qalmış» komediyası nümayiş olunub.

Teatrın foyesində Afaq Bəşirqızının və atası böyük gülüş ustası Xalq artisti Bəşir Səfəroğlunun həyat və yaradıcılığını əks etdirən foto-sərgi düzənlənib.

Afaq Bəşirqızı sənətini dəyərləndirən, bu özəlgündə onu tək qoymayan hər kəsə minnətdarlığımı bildirib və deyib: «Bundan sonra da teatrımızın, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafına var gücümlə xidmət edəcəyəm».