-
Ukrayna prezidenti Petro Poroshenko deyir ki, Ukraynanın şərqində vəziyyət son vaxtlar pisləşib və ölkənin ərazi bütövlüyünə təhlükə var.
Poroshenko noyabrın 11-də Kiyevdə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında danışıb. Deyib ki, Donetsk və Luqansk regionlarında rusiyapərəst separatçıların fəaliyyəti milli təhlükəsizliyə hədə yaradır.
Elə həmin gün Ukrayna ordusunun sözçüsü Andriy Lysenko Donetskdən 50 km cənubda, Qranitne kəndi yaxınlığında bir əsgərin öldüyünü bildirib. Daha 5 əsgər isə yaralanıb.
Lysenko separatçıların atəşkəsi 21 dəfə pozduğunu sözlərinə əlavə edib.