Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasında çıxışı olub.
Bu barədə Minsk Qrupunun amerikalı həmsədri James Warlick özünün “Twitter” səhifəsində yazıb.
Çıxışlar Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli barədə olub.
ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.
Həmsədrlər bu günlərdə Yerevan, Xankəndi və Bakıda olub.
Məqsəd ilin sonunadək prezidentlərin növbəti görüşünü təşkil eləməkdir.