Bakı Apellyasiya Məhkəməsi noyabrın 13-də ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı iddiasını təmin etməyib.
Bu barədə APA agentliyi məlumat yayıb.
Şirkət şuranın sentyabrın 30-da çıxardığı qərardan idi.
Xatırladaq ki, sentyabrın 30-da MTRŞ-nın iclasında ANS televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxıb.
ANS televiziyasının efirində yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 5 oktyabr 2015-ci il tarixdən etibarən 1 ay dayandırılması barədə qərar qəbul edilib.
İclasda həmçinin yayımı dayandırılmış həmin iki proqramın efir vaxtında mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANSMüstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.