Sanki Suriyanın azərbaycanlıları - Colan türkmanları…

Əli Şamil

-

Sizin brauzer HTML5-i dəstəkləmir

İz - Colan türkmanları… Siz kimsiniz?..

AzadlıqRadiosunun «İZ» proqramı bu sayında azərbaycanlılara çox yaxın, amma sanki unudulmuş bir etnosdan - Colan türkmanlarından söz açır. AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamilin bələdçilik etdiyi proqramda onun «Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)» kitabı əsas götürülüb.

- Colan türkmanları Suriyanın hansı bölgələrində yaşayırlar?

- Onları başqa türkmanlardan hansı özəlliklər fərqləndirir?

- Araşdırıcı Əli Şamil niyə məhz Colan türkmanlarının tarixini araşdırıb?

- Suriyada nə qədər Colan türkmanı yaşayır?

- Colan türkmanları ilk repressiya dalğasını nə zaman yaşadılar?

- Repressiyaların 2-ci dalğası Colan türkmanlarından nələr apardı?

- Dünya colanlıların taleyinə niyə biganədir?

- Türkman manisiylə Azərbaycan bayatısını nələr birləşdirir, nələr ayırır?

- Və nəhayət, araşdırıcı Əli Şamil son illər xəbər ala bilmədiyi Colan türkmanlarından - dostlarından indi necə xəbər tutur?

Bu suallara yarım saat boyunca AzadlıqRadiosunun «İZ» proqramında cavab aranacaq.

Verilişin bələdçisi AMEA Folklor İnstitutunun əməkdaşı «Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)» kitabının müəllifi Əli Şamildir.

Noyabrın 15-də saat 23-də «İZ»i izləyin və…

AzadlıqRadiosunun «İz»indən çıxmayın.