Fransada 23 nəfər həbs edildi- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Qatarlar bir dəqiqəlik durub, polis reydlər keçirir

►Fransa polisi gecə ölkə boyu 168 yerdə reydlər keçirib.

Daxili işlər naziri Bernar Kaznövün (Bernard Cazeneuve) noyabrın 16-da verdiyi məlumata görə, əməliyyat zamanı 23 nəfər həbs edilib, 100-dən çox adam isə ev dustağıdır.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında azı 132 adam ölüb.

Həmçinin hücum edənlərdən 7-si öldürülüb ki, onların çoxunda partlayıcı kəmər aşkar edilib.

Prokurorluq hücum edənlərən ikisinin müəyyən edildiyini və onlardan birinin əvvəllər terrorla bağlı mühakimə edildiyini bildirir.

Baş nazir Manuel Valls bu hücumun Suriyadan hazırlandığını deyir.

--

Həmçinin qonşu Belçikada polis Brüssselin kasıb rayonlarında reydlər keçirirlər.

Məlumatlara görə, Paris hücumlarından bir gün sonra 3 şübhəli saxlanıb.

Ümumiyyətlə ötən istirahət günlərindən bu yana Belçikada 7 şübhəli saxlanıb, amma sonradan onlardan 5-i sərbəst buraxılıb.

Belçikada doğulmuş 1 Fransa vətəndaşı isə beynəlxalq axtarışa verilib.

O bu hücumlarda əli olmaqda şübhəli bilinir.

Serbiya daxili işlər nazirliyinin məlumatına görə isə Fransadakı stadionda aşkar edilən hücumçulardan birinin meyiti ətrafından tapılan pasport oktyabrın 7-də Makedooniya-Serbiya sərhədində qeydiyyatdan keçib və həmin adam rəsmi sığınacaq istəyib.

Həmçinin Yunansıtan hakimiyyəti oktyabrın 3-də Leros adasından keçərkən həmin sənəddən istifadə olunduğunu bildirir.

Buna da bax: Dava AXCP davasıdır…