-
CNBC 2015-ci ildə dünyanın ən parlaq ideyalı 20 startapını təqdim edib.
Bu startaplar arasında Azərbaycanın «BethClip» layihəsi də yer alıb.
Layihə qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək üçün ABŞ-da keçirilən «Startup Open» yarışının əsas iştirakçılarından birinə çevrilib.
Yarışda 89 ölkədən 800 layihə iştirak edib. Rəşid Əliyevin «BethClip» layihəsi finala keçən 50 layihədən biri olub.
Finalçılar 2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində keçiriləcək «Qlobal Sahibkarlıq Konqresi»ndə yarışacaqlar.
«BethClip» bulud texnologiyasıyla müxtəlif platformalı avadanlıqlar və cihazlar arasında faylların, məlumatların ötürülməsini təmin edən proqramdır.