Rusiyanın Türkiyədəki səfiri xarici işlər nazirliyinə çağırılıb.
Nazirlikdə səfirə Rusiya təyyarələrinin Suriyanın şimalındakı türkmən kəndini atəşə tutmasına rəsmi etiraz bildirilib.
Bu barədə noyabrın 20-də Anakarada jurnalistlərə baş nazir Ahmet Davutoglu məlumat verib.
Türkiyə xarici işlər nazirliyinin yaydığı bəyanatda bildirilir ki, dinc türkmən sakinlərin atəşə tutulması ciddi nəticələrə səbəb ola bilər və bu cür hava zərbələri yolverilməzdir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də Suriyada əməliyyatların intensivləşdiriləcəyini vəd edləyib.
Rusiya sentyabrın sonundan Suriyada hava zərbələrinə başlayıb.
Moskva əsas hədəfin İslam Dövləti qrupu olduğunu bildirir.