Kremil hesab edir ki, Fransa prezidenti Francois Hollandenin Vaşinqton və Moskva görüşləri geniş antiterror koalisiyası yaradılmasına doğru addım olacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Ushakov noyabrın 20-də bildirib ki, Hollande noyabrın 26-da Moskvada Vladimir Putinlə terrorçuluqla mübarizədə koordinasiya məsələsini müzakirıə edəcək.
ABŞ-ın rəhbərlik etdiyi Suriya və İraqdakı hərbi kolaisiyaya qoşulan fransa noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra İslam Dövləti qrupuna qarşı koalisiyanı genişləndirməyə çağırıb.
Qeyd edək ki, həmçinin Rusiya sentyabrın 30-dan Suriyada İslam Dövləti qrupuna qarşı ayrıca hava əməliyyatlarına başlayıb.