Bakı şəhər Prokurorluğu noyabrın 23-də şəhərdə baş verən intihar və intihara cəhd hadisələri ilə bağlı açıqlama yayıb.
Prokurorluğun məlumatına görə, 1981-ci il təvəllüdlü Malik Hüseynovun noyabrın 23-ü saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyası yaxınlığında üstünə neft tökərək özünü yandırıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həmçinin elə həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Ayişə Dadaşova özünü yaşadığı evin 19-cu mərtəbəsindən ataraq intihar edib.
Faktlarla bağlı Binəqədi və Sabunçu rayon prokurorluqlarında özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.
Hər iki iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və zəruri istintaq tədbirləri aparılır.