-
«Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib».
Bunu Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.
«Türkiyə bizim ən yaxın müttəfiqimizdir, Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır» - N.Məmmədov yazır.