►Ötən həftə Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotunun meyiti Rusiyaya göndərilib.
Ankaradan gələn xəbərlərə görə, pilotun meyiti noyabrın 29-da Suriyadan Ankaraya, bazar ertəsi isə oradan Rusiyaya göndərilib.
Türkiyə təyyarəni noyabrın 24-də vurub, Su-24 bombardmançısının xəbərdarlıqlara baxmayaraq hava məkanını pozduğunu bildirib.
Rusiya bunu təkzib edir.
Hər iki pilot paraşütlə tullansa da, onlara suriyalı üsyançılar tərəfindən atəş açılıb. Pilotlardan biri Oleg Peshkov həlak olub.
Moskva Ankaraya sanksiyalar elan edib.