ABŞ prezidenti Barack Obama bildirib ki, Türkiyənin öz ölkəsi və hava məkanını qorumaq haqqı var.
O bunu dekabrın 1-də Parisdə keçirilən iqlim konfransı çərçivəsində türkiyəli həmkarı Recep Tayyip Erdoganla görüşdə deyib.
Obama deyib ki, onlar Rusiya ilə Türkiyə arasındakı gərginliyin azaldılması və məsələnin diplomatik həlli yollarını müzakirə ediblər.
Obama Ankara ilə Moskvanı aralarındakı gərginliyi aradan qaldırmağa və səylərini ümumi düşmən olan “İslam Dövləti” qrupu ilə mübarizəyə cəmləşdirməyə çağırıb.
Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.
Ankara təyyarənin ölkənin hava hüdudlarını pozduğunu deyir.
Rusiya ittihamı rədd edir.