-
Polisə terrorla mübarizədə yeni səlahiyyət verilir.
Bu haqda APA-nın məlumatında deyilir.
Bununla bağlı «Polis haqqında» Qanuna təklif olunan əlavə dekabrın 2-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.
Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındığı zaman polis fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah işlədə biləcək.
Həmçinin baxın: AzadlıqRadiosunun Youtube Kanalında izləyin