Mirqədirovun məhkəməsinə buraxmadılar (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

"Bu dəfə də heç bir vəsatət qaldırmadıq"

-

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, siyasi icmalçı Rauf Mirqədirovla bağlı məhkəmə prosesi davam edib.

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, qapalı keçirilən məhkəmədə şahidlər dindirilib. Məhkəmə istintaqı başa çatmayıb.

Proses dekabrın 9-da saat 10.30-da davam edəcək.

R.Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. R.Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb.