Türkiyə Qətərdən sıxılmış maye qaz alacaq.
Artıq Türkiyənin BOTAŞ dövlət şirkəti ilə Qətərin milli neft şirkəti arasında müvafiq Memorandum imzalanıb.
“Hürriyet” qəzetinin yazdığına görə, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətərin paytaxtı Dohaya rəsmi səfəri çərçivəsində razılaşdırılıb.
Yaxın vaxtlarda tərəflər arasında müvafiq müqavilə imzalanacağı gözlənilir.
Həmçinin vizaların ləğvi də daxil olmaqla iki ölkə arasında bir sıra anlaşmalar əldə edilib.
Bu barədə dekabrın 2-də Türkiyə prezidenti Racep Tayyip Erdogan Dohada keçirdiyi mətbuat konfransında məlumat verib.