Türkiyə prezidenti Racep Tayyip Erdogan bildirib ki, heç kimin onun ölkəsini “İslam Dövləti” qrupundan neft almaqda ittiham etməyə haqqı yoxdur.
O Rusiyanı böhtan atmaqda ittiham edib.
Erdogan belə bir bəyanatla dekabrın 2-də Qətər Universitetində çıxış edib.
Erdogan həmçinin qeyd edib ki, Rusiya ilə münasibətlərin gələcəkdə daha da pisləşməsini istəmir.
Rusiya müdafiə nazirinin müavini Anton Antonov bundan əvvəl bildirib ki, Türkiyə hökuməti və şəxsən Erdogan “İslam Dövləti” qrupunun nəzarətində olan Suriya və İraq ərazilərindən qanunsuz neft alır.
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Sergei Rudskoy isə bu ərazilərdən Türkiyəyə neft daşınan marşurutlar olduğunu bildirib.
Ankara ittihamı rədd edir.
Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.
Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.