Putin deyir, Türkiyə peşman olacaq

Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin deyir ki, Türkiyənin Rusiya təyyarəsini vurmasını unutmayacaq. Bunu Putin dekabrın 3-də illik müraciətində deyib.

Putin-in sözlərinə görə, Türkiyə elədiyinə peşman olacaq və Rusiyanın cavabı təkcə ticarət sanksiyaları ilə məhdudlaşmayacaq.

“Ölkələr terrorla bağlı ikili standartlarla davranmamalı, terrorçu qruplardan öz ehtiyacları üçün istifadə etməməlidirlər”, deyən Putin açıq-aşkar Qərbi nəzərdə tutub.

O, indiki iqtisadi yavaşımanın sıravi rusiyalılara təsir göstərdiyini sözlərinə əlavə edib.

Ukrayna böhranına görə Qərbin sanksiyalarından sonra Rusiya iqtisadiyyatına ciddi ziyan dəyib. Bunda enerji qiymətlərinin düşməsi də rol oynayıb.