-
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 3-də Türkiyənin baş naziri Əhməd Davudoğlunu qəbul edib.
Prezidentş az saytının məlumatına görə, görüş bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
İlham Əliyev deyib ki, baş nazir Ahmet Davudoğlunun seçkilərdən sonra ilk səfərini Azərbaycana eləməsi, Türkiyə-Azərbaycan münasibətləri və qardaşlığı göstərir.
İlham Əliyev Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir yerdə olduqlarını və bir-birlərini dəstəkləməkdə davam edəcəklərini deyib.
Ahmet Davudoğlu isə bildirib ki, hələ İstanbula,doğulduğu şəhərə getməyib, Azərbaycana gəlib və Azərbaycan bizim canımızdır.
O bildirib ki, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil.
Daha sonra görüş bağlı qapılar arxasında davam edib.