“Rusiyasnın özünü təmin eədəcək qədər və bundan da çox daxili ərzaqı olmalıdır”.
Bunu Rusiya prezidenti Vladimir Putin dekabrın 3-də Federal toplantıda çıxışında deyib.
Putin indiki iqtisadi geriləmənin sıravi sakinlərə təsir göstərdiyini etiraf edib, vəziyyətin çətin, amma kritik olmadığını vurğulayıb.
Qeyd edək ki, Qərbin Ukrayna böhranına görə Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.
Putin bildirib ki, Rusiya daxili istehsal hesabına təkcə özünü yox, həmdə dünya bazarını ərzaq məhsulları ilə təmin edə bilən iri təhcizatçı olmalıdır.
Putin qeyd edib ki, artıq 2020-ci ildə Rusiyanın kifəyət qədər öz ərzaqı olmalıdır.