Rusiya Türkiyə ilə birgə “Türk axını” layihəsini dayandırdı.
Rusiyanın energetika naziri Aleksandr Novak dekabrın 3-də bildirib ki, danışıqlar Türkiyənin noyabrın 24-də Rusiya təyyarəsini vurmasına görə dayandırılıb.
O deyib ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Türkiyə ilə ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “Türk axını” layihəsi ilə Rusiya qazının Türkiyə, ordan isə Avropaya çıxarılması nəzərdə tutulurdu.
Amma “Gazprom” şirkətinin rəhbəri Aleksei Miller dekabrın 3-də bildirib ki, Türkiyə Rusiyadan danışıqların bərpa edilməsini xaiş etməli olacaq.
Amma Novak qeyd edib ki, Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı Türkiyə ilə danışıqlar davam edir.