“Biz Türkiyənin xarici işlər naziri Mövlud Cavusogludan təzə heç nə eşitmədik”.
Bunu Rusiya mətbuatına Rusiyanın xarici işlər naziri Sergei Lavrov dekabrın 3-də Belqradda türkiyəli həmkarı Cavusoglu ilə görüşdən sonra deyib:
“Biz xarici işlər naziri Cavusoglunun təkidli xahişi ilə görüşdük. Təzə heç nə eşitmədik. Nazir Türkiyə prezidenti və baş nazirinin açıq şəkildə yanaşmalarını bir daha təsdiqlədi. Biz isə əlbəttə təyyarəmizin bütün normalara zidd olaraq cinayətkarcasına vurulması ilə bağlı elə ilk gündən verdiyimiz qiyməti bir daha təsdiqlədik”-deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 24-də Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyanın SU-24 təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri kəskin şəkildə pisləşdirib.
Rusiya bundan sonra Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq edib, Türkiyə ilə birgə “Türk axını” qaz kəməri layihəsini dayandırıb.
Ankara təyyarənin onun hava hüdudlarını pozduğunu deyir.
Türkiyə ittihamı rədd edir və təyyarənin Suriya ərazisində vurulduğunu deyir.
Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də Federal toplantıda deyib ki, Türkiyə hələ çox peşman olacaq.