Səlim Müslümov yaralılara baş çəkdi

Səlim Müslümov

-

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.

Bu barədə AzadlıqRadiosunun xəstəxanadakı əməkdaşı məlumat verir.

Səlim Müslümov xəstələrin səhhəti ilə maraqlanıb.

Bundan öncə sözügedən xəstələrə səhiyyə naziri Oqtay Şirəliyev də baş çəkib.

Hazirda olay zamanı xəsarət almış 8 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında, 1 nəfər isə Yanıq Mərkəzində müalicə alır.​