Nardaranda axtarışlar davam edir

Nardaran

-

Nardaranda evlərdə axtarışlar davam edib. Saxlananlar var.

Bu haqda AzadlıqRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib: «Bu neçə gündə kənddə onlarla adam saxlanılıb. Elə bu səhər də bir nəfər saxlanıldı. Onlardan bəziləri müəyyən yoxlamalardan sonra buraxılır».

Natiq Kərimovun dediyinə görə, Daxili Qoşunların hərbçiləri əvvəlki kimi kənddədir, yollara, gəlib-gedənlərə nəzarət edilir. Qəsəbəyə hələ də nə iş işıq, nə də qaz verilib.

Metronun «Koroğlu» stansiyasından Nardarana işləyən 189 saylı avtobusun hərəkəti bərpa olunsa da, kəndin kənarındakı posta qədər işləyir. Kəndin içinə daxil olmur. Əvvəli günlərdə olduğu kimi, kəndə gələnlərin sənədləri, maşınlar yoxlanılır. Kənar adamlara kəndə girməyə icazə verilmir.

Hüquq-mühafizə orqanları dekabrın 1-dən Nardaranda xüsusi əməliyyata başlayıb. Kəndə Daxili Qoşunların qüvvələri, hərbi texnika yeridilib.
Daxili işlər naziri Ramil Usubov Nardaranda aparılan axtarışlar nəticəsində 32 nəfərin həbs edildiyini bildirmişdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Nardaran yoluna qara maskalılar nəzarət edir