Neftçilərin kredit borcları bağışlandı

-

“Günəşli” neft yatağında yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, “Bank of Baku”nun 11 daimi müştərisi də olub.
Bankdan verilən məlumata görə, bank həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarını bağışlayıb.

Həmin yanğında 7 nəfər həlak olub, 20-dən çox neftçi itkin düşüb. 33 nəfər xilas edilib.