-
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə baş müşaviri Mais Məmmədov telekanalda eyni vaxtda dörd verilişin bağlanmasına aydınlıq gətirib.
publika.az-a açıqlama verən ANS-in rəsmisi xəbəri təkzib etməyib:
«Bəli, bundan sonra ANS-də yayımlanan «İç xəbər» verilişi başqa adla təqdim olunacaq. Digər verilişlər barədə konkret bir söz deyə bilmərəm».
M.Məmmədov onu da bildirib ki, növbəti adla nümayiş olunacaq verilişin formatında cüzi dəyişiklik nəzərdə tutulub:
«Müəyyən dəyişikliklər olacaq. Lakin yenə də tamaşaçı məktubları əsasında süjetlər hazırlanacaq, digər məsələlər də olduğu kimi qalacaq».
ANS-də 4 veriliş – «İç xəbər», «Düzbucaq», «Şoubiz», «İtibucaq» eyni vaxtda bağlanıb.