İranda donuz qripi virusundan ümumilikdə 57 nəfər ölüb.
Səhiyyə nazirliyinin məlumatına görə, təkcə son 5 gün ərzində bu virusdan 15 nəfər ölüb.
900 nəfərinsə bu virusa yoluxduğu bildirilir.
Virus noyabrın ortalarından peyda olub.
Ölüm halı əsasən ölkənin cənub-şərqində qeydə alınıb.
Kirman əyalətində 33, Sistan-Bəlucistan əyalətində isə 5 nəfər ölüb.