-
ABŞ-da prezidentliyə respublikaçı namizəd Donald Trump müsəlmanların Birləşmiş Ştatlara buraxılmaması barədə ziddiyyətli sözlərini müdafiə edib. O, dekabrın 15-də prezidentliyə iddialıların debatında bir daha bu barədə danışıb. Rəqibləri isə onu tənqid edib.
“Donald xaos namizədidir və xaos prezidenti də olacaq”, Florida ştatının keçmiş qubernatoru Jeb Bush deyib. O, Trump-ın planının “ciddi təklif” olmadığını deyib.
Trump isə bir daha bəyan edib ki, müsəlman mühacirlərə qadağa qoyulması ayrı-seçkilik deyil.
“Təcrid deyil, təhlükəsizlik barədə danışırıq”, o deyib. “Din deyil, təhlükəsizlikdən danışırıq. Ölkəmiz nəzarətdən çıxıb”.
Trump deyib ki, ötən həftə bütün dünyada səs-küy doğurmuş təklifi “açılmasına ehtiyac yaranan böyük müzakirə doğurub”.