Vəkil Elton Quliyev vəfat edib

Vəkil Elton Quliyev fotolarda

-

Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə vəkil Adil İsmayılov Facebook səhifəsində yazıb.

59 yaşlı Elton Quliyev bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vəkil Elton Quliyev AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın həbsi zamanı onu ilk müdafiə edənlərdən olub. Daha sonra səhhətinə görə bu işdən uzaqlaşıb.

O, 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

Elton Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb.

Elton Quliyevin cənazəsi dekabrın 16-da saat 14.00-da Təzə Pir Məscidindən qaldırılacaq. O, Köhnə Yasamal qəbiristanlığında dəfn olunacaq.