Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsinə görə əlil olmuş şəxslər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.
2014-cü il 20 iyun tarixli sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.