-
Rusiya Atletika Federasiyasına qarşı dopinq təhqiqatı getdiyi bir vaxtda Avropa mediası yeni xəbər sızdırıb. BBC və Fransanın LeMonde qəzeti dekabrın 21-də məlumat yayıb ki, 2013-cü il Dünya Çempionatı öncəsi beynəlxalq atletika rəsmiləri Rusiya idmançılarının dopinqdən istifadəsini ört-basdır etməyə çalışıblar.
Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyasının (IAAF) rəsmisi Nick Daviesin 2013-cü ilin iyulunda yazdığı bir email ortaya çıxıb. O, həmin məktubda dopinq qəbul edən rusiyalı atletlərin tədbir bitənədək mediadan uzaq tutmaq yollarını müzakirə edir. Məlumata görə, Davies həmin məktubu IAAF prezidenti Lamine Diack-ın oğıuna göndərib. Fransa rəsmiləri onların hər ikisinə qarşı korrupsiya ittihamların araşdırır.
Davies dekabrın 21-də deyib ki, məktubunda, sadəcə, media ilə münasibət strategiyası ətrafına müzakirə aparıb.
Ötən ay dopinq qalmaqalları nəticəsində Rusiya yüngül atletləri yarışmadan uzaqlaşdırılıb.